Bizim baxışımız
Fəaliyyət göstərdiyimiz sahədə beynəlxalq keyfiyyət standartlarında məhsul və xidmətlərimizlə müştəri diqqətimizi hər zaman ən yüksək səviyyədə saxlayırıq; Onu artıraraq hörmət edilən, etibarlı və seçilən bir marka olmağa davam etməyə çalışırıq. Milli uğurlarını beynəlxalq arenaya daşımaq və inkişaf potensialı gördüyü iş sahələrində lider adlardan biri olmaq əsas hədəfimizdir.
Keyfiyyət və Təhlükəsizlik
BEST ENERGY GROUP məhsul istehsalı zamanı həm Azərbaycan, həm də beynəlxalq standarlara dəqiqliklə əməl edir. İstehsalçı şirkət olaraq bilirik ki, standartlara riayət etmək maksimum dərəcədə keyfiyyətli və təhlükəsiz məhsul əldə etməyə zəmanət verir. Bu isə müştərilərimizin etibarını qazanmağa və onların sayının artmasına gətirib çıxarır. İstehsal sektorunun ən yeni texnologiyalarla təchiz edilməsi buraxılan məhsulun yüksək keyfiyyətə malik olmasına zəmin yaradır. BEST ENERGY GROUP artıq inteqrasiyalaşmış funksional keyfiyyət sisteminə malik markadır. Bu sistemin əsas vəzifəsi standartlara cavab vermə və keyfiyyətə tam nəzarət etməkdir. İstehsal prosesində hər bir məhsulun keyfiyyəti və standartlara uyğunluğu sistematik olaraq sınaqdan keçirilir. Keyfiyyət standartlarına cavab verən paylayıcı elektrik avadanlığı istehsal etmək üçün, İEC və ГОСТ standartlarına uyğun istehsal və sınaq sahələri yaradılmışdır. Müasir proqram təminatlı yüksək texnologiya və avadanlıqların tətbiq edilməsi sifarişlər üzrə görülən işlərin müddətini qısaltmağa və daha keyfiyyətli nəticə əldə etməyə imkan verir. 6, 10, 35 kV-luq orta gərginlikli və 0.4 kV-luq alçaq gərginlikli müxtəlif paylayıcı qurğuların konstruksiya və texniki xarakteristikaları ГОСТ, Beynəlxalq standartlar və qəbul edilmiş normalara tam cavab verir. "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası" tələblərinə ciddi riayət olunmasına nəzarətin təmin edilməsi və təhlükəsizlik vasitələrinin mütəmadi olaraq təkmilləşdirilməsi şirkət üçün ən ümdə məsələlərdəndir. Bu məqsədlə işçilər lazımi geyim və avadanlıqlarla təmin olunur, mütəmadi olaraq maarifləndirmə işləri aparılır və gündəlik iş prosesindən qabaq hər bir işçi öz sahəsi üzrə instruktaj olunur.